MİNGƏÇEVİRDƏN OLAN MƏKTƏBLİLƏR RUSİYAYA GEDƏCƏKLƏR (VIDEO)

Mingəçevir şəhər 3 saylı orta məktəbdə “Azərbaycan Rusiya şagirdlərinin gözü ilə” adlı intellektual bilik müsabiqəsi keçirilib. El TV-nin məlumatına görə, Müsabiqədə Mingəçevirdə fəaliyyət göstərən orta məktəblərin şagirdləri iştirak ediblər.

Moskva Vilayəti Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti Təşkilatının Mədəniyyət və Idman İnkişaf Fondu ilə birgə təşkil etdiyi müsabiqə rəsm, əl işləri, qiraət, mahnı və inşa nominasiyaları üzrə olub.

Təşkilatçı Qabil Ağayev bildirib ki, 10 ildir fəaliyyət göstərən təşkilatın məqsədlərindən biri də gənclərin başqa xalqların tarixinə, mədəniyyətinə marağını artırmaqdır.

Tədbiri maraqlı edən isə Rusiya vətəndaşının Polad Bülbüloğlunun repertuarından olan “Gəl, ey səhər” mahnisini ifa  etməsi olub. Bildirək ki, müasbiqənin qalibləri 10 gün Rusiyanın müxtəlif yerlərini görmək imkanına malik olacaqlar.

Müsabiqə Rusiyanın müxtəlif vilayətlərində də keçirilib.

04 noyabr 2014
Mənbə: http://eltv.az


MINGECEVIR RUS - AZERI LAYIHESI