Milli musiqimizin təbliğatçısı - Azərbaycan Respublikasının əməkdar artisti, Moskva şəhəri, «ŞUŞA – Azərbaycan musiqi mərkəzi»nin rəhbəri Qorxmaz Axundov

Azərbaycan mədəniyyətini olkəmizin hududlarından kənarda, Rusiyada şərəflə təbliğ edən sənətkarlarımızdan biri istedadlı tarzən, “Azərbaycan Respublikasının əməkdar artisti, Moskva şəhəri, «ŞUŞA – Azərbaycan musiqi mərkəzi»nin rəhbəri Qorxmaz Axundovdur. Qəlbi vətən sevgisilə doyunən həmyerlimiz Qorxmaz Axundov artıq uzun illərdir ki, vətəndən uzaqlarda, Moskva şəhərində fəaliyyət gostərərək milli musiqimizi, muğamlarımızı, zəngin musiqi sərvətimizi tanıtmağa və sevdirməyə boyuk əmək sərf edir…

Q. Axundov 1956-cı ildə dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində anadan olub. Atası Məmməd Axundov ixtisasca hüquqşünas olsa da, musiqi vurğunu idi və övladlarını da musiqiçi görməyi arzulayırdı. Musiqiyə olan bu sevgi, uşaqlıq illərindən yaxın qohumu aşıq Nabatın oxuduğu aşıq havalarının onun yaddaşında dərin iz buraxdığı təəssüratlarla bağlıdır... Читать далее…