Əmin Abid 1898-ci ildə Bakı şəhərində kərpicçi ailəsində anadan olub. Əsl adı Zeynalabdindir. O, Əmin adını ana tərəfdən qohumu olan Məmməd Əmin Rəsulzadənin şərəfinə götürüb. Ata tərəfdən o, Bakı xanlığının hökmdarı Hüseynqulu xanın nəslindəndir. O, şair Əliabbas Müznibin qardaşıdır... Daha ətraflı...
Can Azərbaycan
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Evet gönüllər coşdu bir sevincin gücüylə
Istiqlal sevinciylə, istiqlal sevinciylə...
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o vətənın göğsünden yüksələn ay.
İstiqlal, o sümüktən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hansi erkek çıxıb edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
28 May 1919
- Log in to post comments
- 164 views